Siyasi fəal, hazırda İsveçdə sürgündə yaşayan erməni Vahe Avetiyan Azərbaycana gəlib. Onu aeroportda Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri qarşılayıb. O yazıb ki, gəlişi sülhün başlanğıcıdır.
Eməni mühacirin Bakıya gəlişi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun ölkəmizə gəlişinə müxtəlif reaksiyalar verilib. Əməkdaşımız Avetiyanın Azərbaycana gəlməsinə tanınmışların yazdığı statuslardan mətn hazırlayıb.
Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov: "Vahe Avetiana deyin ki, "sülh bu gün və indi" yox Qarabağ azad edildikdən sonra başlayacaq".
Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri, keçmiş polis rəisi Əlövsət Əliyev: "Vahe Avetian haqlı olaraq saxlanılıb. Vahe İsveç vətəndaşıdır və iki səbəbdən onu ölkəyə buraxmaq olmaz: İsveç vətəndaşları Azərbaycana vizasız gələ bilməz. Ölkəyə buraxılacağı halda Vahenin təhlükəsizliyinə təminat verilməli və ona mühafizəçilər təyin olunmalıdır, bu da arzu olunan deyil".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban:"İsveçrədən bu gün Bakıya erməni yazıçısı gəlib. Yazdığına görə, bilet alıb dəvətsiz-filansız Bakıya gəlməyə qərar verib. İsrar edir ki, tarixi dəyişən bir gün olacaq. Yenə də onlar..."
Jurnalist Emil Salamoğlu: "İsveçdə yaşayan, Xocalıya görə azərbaycanlılardan üzr istəyən və Bakı aeroportunda saxlanan erməni yazıçı Vahe Avetiyan vaxtilə demişdi ki ermənilər kimi qoyun millət dünyada yoxdur".
İsveçdə mühacir həyatı yaşayan Rahib Kazımlı: "Bakıya gələn erməninin vizasının olub-olmamasının onun İsveçdə təyyarəyə minməsində heç bir əhəmiyyəti yoxdur.
İnternetlə bilet aldıqda orda sənə viza ilə bağlı xəbərdarlıq edilir və bunun məsuliyyəti də sənin üzərinə qoyulur. Və hava limanında heç kim sənin pasportunu açıb orda vizanın olub-olmadığı ilə maraqlanmır, çünki bu, artıq sənin problemindir". (politika)
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































