7 oktyabr 2016-cı il tarixdə Masallı şəhərindəki Gənclər Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı "Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!" mövzusunda seminar-müşavirə keçirmişdir.
Müşavirədə Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayon veteran təşkilatlarının sədrləri, əməkdaşları, şəhid ailələri, müvafiq dövlət və ictimai təşkilatların nümayəndələri, rayonun fəal gəncləri iştirak etmişlər.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Seminar-müşavirəni giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının Təşkilati və Analitik İnformasiya şöbəsinin müdiri Lətif Babayev "Azərbaycan qəhrəmanlar diyarıdır" mövzusunda məruzə etmişdir.
RVT gənclərin hərbi vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Adil Haqverdiyev "Aprel döyüşləri xalqımızın qəhrəmanlıq parlaq səhifəsidir ", "Azərbaycan veteranı" qəzetinin məsul katibi Səidə Abdullayeva "Torpaq-uğrunda ölən varsa vətəndir", gənclərin hərbi vətənpərvərlik şöbəsinin məktəblərdə təhsil alan gənclərlə iş üzrə mütəxəssisi Nəbi Hacıyev "Masallı qəhrəmanları" mövzularında məruzələr etmişlər.
RVT-nin hüquqşünası Vüsalə Cəfərli layihənin əhəmiyyətindən, Masallı Rayon Ağsaqqallar Şurasının sədr müavini, dövlət qulluğu veteranı Ələşrəf Niftiyev, MƏSQVT rayon şöbəsinin sədri Məmmədağa Şiriyev rayonda hərbi vətənpərvərlik tədbirlərinin hazırlanıb həyata keçirilməsindən danışmışlar.
Azərbaycan Milli Qəhrəmanlarına həsr olunmuş film nümayiş etdirilmişdir.
Əlihüseyn ŞÜKÜROV
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































