Şamaxıda şəhid Aslan Şirinovun (Sərdaroğlu) adını daşıyan yeni məktəb binasının tikintisi gecikdirilir.
Rayonun Meysəri kəndindən olan, 1992-ci ilin fevralında Ağdərədə gedən döyüşlərdə itkin düşmüş şəhid Şahin Sərdarovun adını daşıyan məktəbin binası köhnəldiyi üçün, yeni məktəb binasının inşasına maliyyə ayrılıb, layihə hazırlanıb.
Ancaq maraqlıdır ki, binanı tikməyə torpaq tapa bilmirlər. Daha doğrusu, dağın döşündə, şagirdlər və müəllimlər üçün elə də əlverişli olmayan yerdə-qəbiristanlığın yanında təklif edilən yer isə valideynləri və pedaqoji kollektivi razı salmır:
"Nazirlikdən 2-3 dəfə gəliblər. Torpaq olmadığı üçün tikinti dayanıb. Dağın döşündə, qəbiristanlığın yanında yer verirlər, ona da biz razı deyilik. Çünki kənddən aralı olur. Əsas kəndin girəcəyində ferma adlanan ərazidə xeyli boş yer var. Hansısa məmur yiyələnib deyə, icazə vermirlər. Həmin ərazidə torpaq satmağa icazə verilir, amma məktəb tikməyə qoyulmur.
Taxıl sahələrini də özəlləşdirib ev tikə bilirlər, məktəb tikməyə yer tapa bilmirlər bunlar?"
Xatırladaq ki, 18 yaşında itkin düşmüş şəhidin bu gün 42 yaşı tamam olur.
Mövzunu diqqətdə saxlayacağıq. (ölkə)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































