"Ermənistan parlamentinin vitse-spikeri Hermine Nağdalyan əsl biznes ledidir. O, hədsiz dərəcədə varlıdır. Biznesinin əsasını mədən sənayesi, bahalı daşlar təşkil edir".
Bunu Ermənistanın "Replik.am" saytı yazır. Yazıda bildirilir ki, H. Nağdalyan milyarder hesab olunur. Vitse-spikerə yaxın olan şəxslərdən biri deyib ki, onun biznes fəaliyyəti uzun illərdir davam edir.
H. Nağdalyanın 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktı törədən qrupun rəhbəri olmuş Nairi Hunanyanla da biznes sahəsində əməkdaşlıq etdiyi üzə çıxıb.
Məlumatda bildirilir ki, H. Nağdalyan və N. Hunanyan 90-cı illərdə birlikdə ətir idxal edərək, satışı ilə məşğul olublar.
Ancaq onların bu əməkdaşlığı uzun müddət davam etməyib. N. Hunanyan bir qrup silahlı dəstə ilə 1999-cu ildə parlamentə daxil olaraq, terror aktı törədib. Atışma zamanı yaralananlar arasında H. Nağdalyan da olub. (apa)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































