Meteohəssas insanlar üçün yanvar ayının təqvimi - Diqqətli olun!
3 Yanvar 2025 12:19
Bu gün aprel döyüşlərində şəhid olan mayor Elnur Əliyevin doğum günüdür.
Elnur Əliyev 1976-cı ildə Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1991-ci ildə orta məktəbin 9-cu sinifini bitirib və C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. 1998-ci ildə isə H.Əliyev adına Ali Hərbi Məktəbi bitirib. O, 1998-2008-ci illərdən Qərb bölgəsində, son 2 ildə isə Füzuli bölgəsində xidmət edib.
E.Əliyev hərbi hissədə nizami hissə rəisi olub.
Mayor Əliyev Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

E.Əliyev Füzuli rayonunda dəfn olunub.
Mayor Əliyevin iki oğul övladı yadigar qalıb.(azvision)
Mediainfo.az