Bu şəhər ildə bir dəfə Cənubi Qafqaz xalqlarını birləşdirir. Hər yay mövsümündə azərbaycanlılar, ermənilər və gürcülər bir şəhərdə, bir küçədə, bir binada, hətta bir evdə yaşayırlar
Onlar üzbəüz gələndə nə tarixi düşmənçilik, nə ədavət yada düşür, nə də bir-birinə qarşı aqressiv olurlar. Bu şəhərdə insan amili, turist faktoru var, milli qovğalar yoxdur…
Şəhər paytaxt Tiflisdən təqribən 350 kilometr aralıda, Qara dənizin sahilində yerləşir. Dənizlə evləri bir-birindən 200-300 metrlik məsafə ayırır. Osmanlı dövründə adı Çürüksu olan Kobuleti, Gürcüstandakı Acarıstan Muxtar Respublikasının ərazisində olan şəhərdir.

Dəmiryolu stansiyasının və çay emalı müəssisələrinin olduğu Kobuleti, yay aylarında turistlərin ən çox üz tutduğu istirahət yerlərindən biridir. Şəhərin 20 min nəfərə yaxın daimi sakini var.
Amma yay mövsümündə şəhər əhalisi turistlərin hesabına artır. Əsasən Azərbaycan və Ermənistandan gələn turistlər şəhərdəki evləri, hostelləri, hotelləri kirayələyir. Hətta bir evdə ayrı-ayrı otaqlarda yaşayan erməni və azərbaycanlı qonaqlar var. Gürcülər öz evlərinin qapılarını hər iki xalqa taybatay açıblar.
Gümrüdən gələn Aron 24saat.org-un əməkdaşı ilə söhbətdə danışır ki, xalqları bir-birinə düşmən edənlər var. Onun sözlərinə görə, erməni xalqı müharibə istəmir və Sərkisyanın Kremlin dirijor çubuğu ilə idarə olunmasından beziblər.
![]()
Aron hesab edir ki, Qarabağ münaqişəsinin həllini uzatmaqla maraqlı qüvvələr fantastik dərəcədə pullar qazanır: "Siz bilirsiniz ki, Qarabağ artıq erməni-azərbaycanlı davası deyil? İnanın ki belədir.
Bu konflikt kimlərəsə milyonlarla gəlir gətirir. Serj də bu oyunun içindədir. Moskva nə deyirsə, onun diktəsi ilə qərarlar verilir. Səfilyana görə başlanan silahlı qiyamı gördünüz? Əmin olun ki, xalq silahlılara dəstək verirdi. Çünki camaat bezib. Ermənistan ictimaiyyətini öz daxili problemləri daha çox maraqlandırır".
![]()
Yerevandan dincəlməyə gəlmiş 60-70 yaşlı erməni qadını Narek danışır ki, onların sayı Bakıda 30 mindir: "Düzdür, biz onları tanımırıq. Həm də ki, çoxunun soyadı dəyişib, şəhər əhalisi ilə qarışıblar. Amma faktdır ki, Bakıda ermənilər yaşayır".
Narek onu da gizlətmir ki, ölkədə devalvasiya gedib və artıq Kobuletidə dincəlmək əvvəlki kimi ucuz başa gəlmir: "Oğlum Gümrüdə işləyir, mühəndisdir. Mən Yerevanda oluram. Bu il pul göndərib ki, istirahətə gedim. Özü ailəsi ilə İrana gedib. Ermənilər daha çox İrana istirahətə gedirlər".
…Kobuleti təm-təraqsız, sakit, təzə binaları, bahalı restoranları, müasir parkları olmayan, çil-çıraqsız, işıqsız bir şəhərdir. Qara dənizin buradakı sahilində qumsallıq yoxdur. Hər yer daşlıqdır və yüksək səviyyədə plyaj da yaradılmayıb.(24saat.org)
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































