Aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi kredit borclarının "Bank of Baku" tərəfindən bağlaması bağlı qərara münasibət bildirib
Açıqlama verən şəhid anası Zemfira Baxışova kredit borclarını bağladığına görə banka təşəkkür edib. O, sözügedən bankın əməkdaşı tərəfindən kobudluqla qarşılaşmasına rəğmən, onun cəzalandırılmasını istəmədiyini dilə gətirib: "Bank işçilərinin cəzalandırılmasını istəmirəm. Mən istəməzdim ki, bu məsələ qalmaqalla başa çatsın. Mən o pulu Seymur üçün götürmüşdüm. Uşağım olmayandan sonra nə istəyirlər etsinlər. Mən onsuz da ana kimi ölmüşəm. Allah heç kəsin başına gətirməsin, mən bilmirdim uşaq ölümü nədir. Çox xoşbəxt qadın idim. İki otaqlı mənzildə hamı yerləşirdi, hamı xoşbəxt idi. İndi isə hamıdan bədbəxt bir qadınam".
Qeyd edək ki, Seymur Baxışovun ailəsi dünən saytımıza müraciət edərək "Bank of Baku" tərəfindən təzyiqlərə məruz qaldığını bildirmişdi: "Onlar da mənə zəng edib, hədə-qorxu gəlirlər. Deyirlər ki, pulu ödəməsəniz, sizin haqqınızda hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Deyirəm ki, oğlum şəhid olub, maddi durumumuz çətinləşib, ona görə götürdüyümüz krediti qaytara bilmirik. Bank nümayəndəsinin cavabına baxın: "Nə olsun, bizə görə şəhid olmayıb ki... Olub, olub da, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin"".(aznews.az)
Bu gün isə "Bank of Baku" sözügedən şəhid ailəsinin kredit borclarını bağladığına dair açıqlama yayıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















