Qərb muzdluları və iş adamları Liviyada qiyamçı Xəlifə Haftarın milyonlarla dollarını mənimsəyib.
Mediainfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
BMT-nin üzə çıxan gizli araşdırmasına görə, Haftarın satın aldığı bir çox hərbi texnika ona təslim edilməyib.
Bildirilir ki, Haftar bir hücum helikopteri, bir kəşfiyyat təyyarəsi və bir dəniz patrul gəmisi üçün 55 milyon dollar xərcləyib. Bundan başqa, o, dəyəri 14 milyondan çox olmayan 6 ədəd köhnə helikopter də alıb.
Məlumata görə, 2016-2017-ci illərdə amerikalı iş adamı da Haftarın pulunu alaraq onu aldadıb. Belə ki, Haftar iş adamına dəniz patrul gəmisi üçün 6,5 milyon dollar ödəsə də, gəmi heç vaxt Liviyaya gəlməyib.
Qeyd edək ki, ötən ilin iyununda Haftar 20 muzdlu əsgərə adambaşına 120 min dollar ödəmişdi, lakin onlar vəzifələrini yerinə yetirmədən Maltaya qaçmışdılar.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































