Ermənilər Türkiyədə "Xoş gəldiniz" deyə bilmədilər - FOTO

Ermənilər Türkiyədə "Xoş gəldiniz" deyə bilmədilər - FOTO

Türkiyənin İqdir rayonunun Tuzluca qəsəbəsinin girişi və çıxışında erməni dilindəki "Xoş gəldiniz, gülə gülə" yazısı sökülüb.

apa-nın "cnnturk.com" saytına istinadən verdiyi xəbərə görə, buna səbəb İqdirin Azərbaycan əsilli sakinlərinin etirazı olub.

Azərbaycanlıların etirazından sonra Tuzluca bələdiyyəsi şəhərin giriş və çıxışlarında erməni dilindəki yazını yanğınsöndürmə briqadalarının köməyi ilə söküb.

Qeyd edək ki Ermənistanla həmsərhəd olan İqdirin Tuzluca qəsəbəsində bələdiyyə türk, ingilis, kürd və erməni dillərində "Xoş gəldiniz, gülə gülə" yazıları yazdırmışdı.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az