Komandiri səhhətində problem yaşanan əsgəri yolda atıb gedib.
İyunun 17-də Azərbaycanın işğal altındakı ərazilərində ölən erməni əsgərlə bağlı heyrətamiz iddialar ortaya çıxıb.
Ermənistan mətbuatının yazdığına görə, 1997-ci il təvəllüdlü əsgər Qrant Qriqoryanın intihar etdiyi barədə məlumatlara ailə üzvləri qəti şəkildə inanmır.
Hadisənin idman meydançasında baş verdiyi barədə ilkin məlumat yayılsa da, əsgərin qohumu Norik Avaqyan tam fərqli məlumatlar açıqlayıb. Bildirildiyinə görə, cənub-şərq istiqamətindəki hərbi hissələrin birində tapılan meyitin üzərində xəsarət izləri aşkarlanıb. Bu səbəbdən də Q.Qriqoryanın qohumları onun intihar etdiyi barədə xəbərləri istisna edir.
"Onun əllərində göyərmiş, ayaqlarında sıyrılmış yerlər var idi, dodağı partlamlışdı, burnu cızılmışdı"-N.Avaqyan deyib. Onun sözlərinə görə, ölüm hadisəsi təlim zamanı baş verib. Məlumatdakı sonrakı məqam erməni ordusundakı durumu açıq-aydın ifadə edir. "Qrant özünü pis hiss edib və bu barədə komandirə deyib. Onu yolda saxlayıblar. Qayıdanda isə meyitini görüblər. Vicdansızlıq budur ki, əsgəri köməksiz vəziyyətdə yolda qoyub gediblər"-ölən əsgərin qohumu deyib.
Erməni mətbuatı yazır ki, ixtisasca stomatoloq olan Q.Qriqoryan 11 ayın əsgəri imiş. Bir neçə gündən sonra onu hərbi hissənin tibb bölməsinə keçirəcəkmişlər. Ancaq 17 iyun saat 10.45-də onun ağız nahiyəsindən güllələnmiş halda meyiti tapılıb. Onun hansı şəraitdə güllə yarası aldığı hələ ki, açıqlanmır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































