Ermənistanda hərbi qulluqçular üçün hazırlanmış hazır qidalar İrəvanın mərkəzindən kənar inzibati rayonların ərazisindəki mağazalarda mülki əhaliyə satılır.
Bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi əldə edib.
Ermənistan mətbuatında yer alan xəbərlərə görə, İrəvanda müstəqil Antikorrupsiya Birliyinin apardığı yoxlamalar zamanı Erebuni, Nubaraşen və Kanaker - Zeytun inzibati rayonlarının ərazisindəki mağazalarda külli miqdarda Müdafiə Nazirliyinə məxsus və qadağan olunan hazır qidaların satıldığı aşkar olunub. Məhsulların haradan gətirildiyi və kimlər tərəfindən mağazalara paylandığı barədə mağaza sahibləri danışmaqdan imtina ediblər.
Hazır qidaların sözügedən rayonların hərbi hissələrindən daşındığı ehtimal olunur. Müstəqil Antikorrupsiya Birliyi hazırladığı hesabat və şəkilləri Ermənistan Müdafiə Nazirliyinə sorğu üçün göndərsə də, nazirlikdən heç bir cavab almaq mümkün olmayıb.
Qeyd edək ki, bir müddət öncə Ermənistan mətbuatında Müdafiə Nazirliyinə məxsus konservləşdirilmiş qida və hərbi geyimlərin Polşa, Rumıniya və Çexiya mağazalarında satıldığı ortaya çıxmışdı. (axar)
mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















