Rusiya və Ermənistanın birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında sazişdə Dağlıq Qarabağın adı çəkilmir.
Bu barədə Ermənistan parlamentinin vitse-spikeri və hakim Respublika partiyasının mətbuat katibi Eduard Şarmazonov bildirib.
"Bu sazişdə Qarabağla bağlı bir dənə də olsun hərf, vergül yoxdur", - deyə Şarmazonov Respublika partiyasının İcraiyyə orqanının iclasından sonra jurnalistlərə bildirib.
O qeyd edib ki, qeyd olunan saziş Ermənistana Rusiyanın Raket Əleyhinə Müdafiə sistemindən geniş istifadə imkanı verəcək.
Vitse-spikerin sözlərinə görə, saziş layihəsi, daha çox, onun mətni ilə tanış olmayan şəxslər tərəfindən tənqid olunur. "Sazişdə söhbət Rusiyanın Belarus və Qazaxıstanla olan müqavilədəki kimi "vahid" RƏM sistemindən deyil, Rusiya və Ermənistanın "birləşmiş" RƏM sistemindən gedir. Bu o deməkdir ki, tərəflər öz müstəqilliyini qoruyub saxlayacaq", - deyə Şarmazonovun sözlərini "Sputnik-Ermınistan" sitat gətirir.
Eduard Şarmazonovun sözlərinə görə, saziş onu nəzərdə tutur ki, ümumi sərhədi olmayan tərəflər Ermənistanın ərazisində ümumi sistemə malik olacaqlar və bu sistem Ermənistan Silahlı Qüvvələrinin vəzifəli şəxsi tərəfindən idarə olunacaq.
Qeyd edək ki, Kollektiv Müdafiə Təşkilatı Müqaviləsinin (KMTM) baş katibi Nikolay Bordüja iyunun 8-də İrəvanda təşkilatın Təhlükəsizlik Şuralarının Katibləri Komitəsinin iclasından sonra bildirib ki, Rusiya və Ermənistanın birgə Raket Əleyhinə Müdafiə Sisteminin yaradılması layihəsi hər iki ölkənin qanunvericilik səviyyəsində nəzərdən keçirilir.
Qeyd olunan sistemin yaradılması haqqında saziş 2015-ci ili dekabrında Ermənistan və Rusiya müdafiə nazirləri Seyran Ohanyan və Sergey Şoyqu tərəfindən imzalanıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















