300-ə yaxın Donbass separatçısı Qarabağa göndərilmək üçün hazırda QRU-nun bazasında təlim keçir.
Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Ukrayna Ali Radasının deputatı, "İnformasiya müqaviməti" qrupunun rəhbəri Dmitri Tımçuk özünün Facebook səhifəsində paylaşıb. Tımçukun məlumatı barədə "Obozrovatel.ua" yazır.
Deputatın məlumatına görə Donetsk vilayətinin Xartsızk qəsəbəsindən Rusiya silahlı qüvvələrinin Sankt-Peterburq yaxınlığındakı bazasına Donbass sakinlərindən ibarət 300-ə yaxın yaraqlı göndərilib. Həmin yaraqlıların əvvəl qondarma "Donetsk Xalq Resublikasının" 1-ci "ordu korpusunda" xidmət etdiyi bildirilir. Onlar əsasən atıcılardan və minaaxtaranlardan ibarətdir.

"Yaraqlılar Rusiya ordusunun kamuflyajını geyiniblər, onların hərbi formasının üzərində salat və tünd-qırmızı rəngli iki lent olan tünd-döy bayraq təsvir olunub. Yaraqlıların içərisindən verilən məlumata görə bu qrup QRU-nun Rusiya ərazisindəki bazasında özəl hərbi şirkətin "patronajlığı" altında təlim keçir. Təlimlərdən sonra Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak edəcəklər"-Dmitri Tımçuk yazıb
Deputatın bildirdiyinə görə həmin qrupu Donbassdan Rusiyaya üzərində "55" və "23" taktiki işarələri olan "Ural"avtomobilləri ilə aparıblar.
Xatırladaq ki, bir neçə ay əvvəl də Donbass separatçılarının bir qrupunun Qarabağa göndərilməsinə hazırlıq getdiyi barədə Ukrayna mənbələrində məlumatlar yayılmışdı.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















