Qoşunların təmas xəttində erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısını alarkən qəhrəmancasına həlak olan, Nərimanov rayonundan hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü şəhid Mahir Mirzəyevin qırx mərasimi keçirilib.
İcra hakimiyyətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, mərasimdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən aprel döyüşlərində erməni hərbi birləşmələrinin hücumunun qarşısının qətiyyətlə alındığı, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində sarsıdıcı zərbələrlə qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin vahimə içində geri çəkildiyi və nəticə etibarı ilə işğal altında olan geniş ərazilərimizin azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu vurğulayıb.
Ölkə prezidentinin müvafiq sərəncamı ilə şəhidin ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal MN-nin əməkdaşı, polkovnik-leytenant Hafiz Həsənov tərəfindən onun ailəsinə təqdim edilib. Sonda şəhidin atası Sabir Mirzəyev dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































