Masallı rayonunun Güllütəpə kəndində şəhid Firdovsi Əliş oğlu Bağırzadənin adına verilmiş küçənin açılışı olub.
Apa-nın cənub bürosunun məlumatına görə, rayonun icra strukturları, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Milli Məclisin Masallıdan olan deputatlarının, ağsaqqalların, ziyalıların, ictimaiyyət nümayəndələrinin və yerli sakinlərin iştirak etdiyi tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhidin həyat yolundan danışaraq, xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə kəndin mərkəzi küçələrindən birinə onun adının verildiyini bildirib. Daha sonra şəhidin adı həkk olunan barelyefin örtüyü qaldırılıb.
Qeyd edək ki, şəhid Firdovsi Bağırzadə 1996-cı ildə Masallı rayonunun Güllütəpə kəndində anadan olub. 2014-cü ilin oktyabr ayında Masallı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ilin aprel ayında cəbhənin Tərtər rayonu istiqamətindəki təmas xəttində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin nəşi aprelin 9-da Güllütəpə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































