"Aprelin əvvəllərində düşmənin növbəti təxribatına Silahlı Qüvvələrimizin cavabı yetərincə sərt oldu".
Apa-nın "Azərbaycan Ordusu" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov artilleriya təyinatlı "N" hərbi hissəsində aprel müharibəsində fərqlənmiş hərbi qulluqçuların mükafatlandırılması mərasimində deyib. Raket və Artilleriya Qoşunlarının komandanı qeyd edib ki, hərbçilərimiz erməni qəsbkarlarına layiqli cavab veriblər: "Çoxsaylı itkiyə məruz qalan düşmən silah-sursatını ataraq, geri çəkilməyə, qaçmağa məcbur oldu. Azərbaycan Ordusunun nəyə qadir olduğu bir daha düşmənlərimizə sübut olundu. Mərd, qorxubilməz oğullarımız düşmən işğalı altında qalan torpaqlarımızı azad etmək üçün gözlərini belə qırpmadan mübarizəyə atılmağa hazır olduqlarını bütün dünyaya göstərdilər. Biz çox qürurluyuq ki, belə igid oğullarımız var. Onlar prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin əmri ilə çox az bir zaman ərzində işğalda olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə hazırdırlar".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















