Neftçala rayonunda şəhid gizirin 40 mərasimində təltif olunduğu medal ailəsinə təqdim edilib.
"Report" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycan Ordusunun şəhid olan 22 yaşlı giziri Elmdar Səfərovun qısa, lakin şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, Elmdar Səfərov bu il aprelin əvvəlində təmas xəttində gedən qısamüddətli döyüşlərdə əsl qəhrəmanlıq göstərib və ölümü ilə Vətənə layiq övlad olduğunu bir daha təsdiqləyib.
Sonra şəhid gizirin məzarı ziyarət olunub. Prezidentin sərəncamı ilə şəhidin təltif olunduğu "3-cü dərəcəli xidmətə görə" medalı anasına təqdim edilib.
Qeyd edək ki, şəhid gizir Elmdar Səfərov bu il aprelin əvvəlində təmas xəttində düşmən təxribatının qarşısını alarkən şəhid olub. O, doğulduğu Neftçalanın Aşağı Qaramanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















