Şəhidin medalı ailəsinə təqdim edilib - Fotolar

Şəhidin medalı ailəsinə təqdim edilib - Fotolar

Azərbaycan-Ermənistan təmas xəttində baş verən 4 günlük müharibə zamanı şəhid olan zabitlərimizdən biri İnqilab Quliyevin təltif edildiyi "İgidliyə görə" medalı Gəncədə yaşayan ailəsinə təqdim olunub. İcra hakimiyyətindən verilən məlumata görə, medal şəhidin oğlu Hüseyn Quliyevə təqdim edilib. Medalın təqdimetmə mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev, MN-nin əməkdaşı Abdulla Qurbani, şəhid ailəsinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin şəhidi, kapitan İnqilab Çingiz oğlu Quliyevin Azərbaycan ordusunun təmas xəttində göstərdiyi şücaətlərdən danışıb. Bildirib ki, İnqilab Quliyevin də qatıldığı uğurlu əməliyyatlar nəticəsində strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad edilib.

Şəhidin atası Çingiz Quliyev də çıxışında oğlu ilə qürur duyduğunu bildirib.

Gəncədə şəhidin medalı ailəsinə təqdim edilib -  Fotolar
Gəncədə şəhidin medalı ailəsinə təqdim edilib -  Fotolar

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az