Ermənistan Silahlı Qüvvələrinin Silahlandırma İdarəsinin Avtonəqliyyat Xidmətinin rəisi polkovnik David Abramyan həbs edilib.
Bu barədə Ermənistan İstintaq Komitəsinin sədrinin müşaviri Sona Truzyan bildirib.
"Abramyan Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində başlanılan cinayət işi çərçivəsində həbs edilib", - deyə Truzyan bildirib.
Xatırladaq ki, aprelin sonlarında Ermənistan prezidenti S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan vəzifədən azad edilib.
S. Sarkisyanın digər fərmanı ilə rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan vəzifədən çıxarılıb.
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan da işdən uzaqlaşdırılıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































