Erməni əsgərlər imdad dilədi: “Bizi qula çeviriblər”

Erməni əsgərlər imdad dilədi: “Bizi qula çeviriblər”

Bu barədə reportajı Ermənistanın "1in.am" saytı hazırlayıb. Sayt qondarma rejimdəki erməni əhalinin aprel müharibəsinə qədərki həyatının tam dəyişilməsini tələb etdiyini bildirir.

Ermənilər Qarabağdakı vəziyyətin dözülməz olduğunu söyləyirlər. Onlar sadə camaatın həmişə müharibə zamanı hakimiyyətin yadına düşdüyünü bildirirlər:

"Vəziyyət gərginləşəndə dərhal birlikdən, qardaşlıqdan danışırlar. Sülh zamanı gələndə və təhlükə minimum səviyyəyə çatanda "ölkə" bir neçə nəfərin mülkiyyətinə çevrilir. Burada olan hər şey - əldə olunan bal və qızıl, hidroelektrik stansiyaların düzəldilə biləcəyi çaylar, taxılın yetişdiyi torpaqlar onlara məxsus olur. Aydın olur ki, əgər sənin bir az torpağın varsa, orada heç nə becərə bilməzsən. Suvarma üçün su da bir neçə nəfərindir. Kəndlinin torpağının quruması, onların ailəsinin ac qalması belə heç kimi maraqlandırmır".

Sayt qeyd edir ki, Dördgünlük müharibədən sonra Qarabağdakı ermənilərin beynində psixoloji inqilab baş verib. Jurnalistə qondarma rejimdəki vəziyyəti anladan erməni əsgər (o, ehtiyatda olub, yalnız Dördgünlük müharibədən sonra yenidən orduya çağırılıb – red.) indiyə qədər İrəvanın söylədiyi bütün fikirlərin hamısını darmadağın edib:

"Biz hamımız bu situasiyadan yorulmuşuq. Ona görə ki, daha dözmək mümkün deyil. Mən öz sağlığımı, həyatımı nəyəsə qurban verib, qarşılığında heç bir şey qazanmamaqdan usanmışam. Məni insan hesab etmirlər. Mən yalnız onların əmlakını qorumaq üçün lazımam. Mənim də qorumaq üçün nəyimsə olmalıdır".

Erməni əsgərlərinin başqa bir qrupu isə Qarabağda qazın, benzinin, qida məhsullarının baha olmasından şikayət edirlər:

"Mən (reportyor – red.) onlara Xankəndinin uzaqda yerləşdiyini və buraya nəqliyyat xərclərinin daxil olduğunu söyləyəndə, onlar mənə güldülər və dedilər ki, hər şeyi bilirlər. Digər tərəfdən isə təsdiqlədilər ki, Qarabağda da bəzi mallar Ermənistandakı kimi monopoliya altındadır. "Qarabağ hökuməti" balaca olan bazarı parçalayıb və heç kimə zəruri tələbat mallarını idxal etməyə imkan vermir. Məsələn, kiçik dükanlardan birinin sahibi təsdiqlədi ki, artıq 8-9 aydır ona Ermənistandan un gətirməyi qadağan ediblər".

Jurnalist reportajında həmçinin Qarabağda Ermənistandakı kimi istənilən şəxsin bir an içərisində yox olmasının, əmlakının məhv edilməsinin mümkün olduğunu bildirir. Daha sonra Qarabağdakı mobil əlaqəyə yer ayıran jurnalist burada da özbaşınalığın baş alıb getdiyini göstərir. "Qarabağ telekom" şirkəti qondarma rejimdə mobil əlaqə sahəsində əsas monopolistdir. Belə ki, adi günlərdə mobil əlaqənin 1 dəqiqəsinə 10-12 dram xərclənirdisə, indi o 40 drama qaldırılıb. Sadə ermənilər bunun aprel savaşının başlanmasından sonra insanların bir-birinə tez-tez zəng etməsi və monopolistin də bundan yararlanmaq istəməsi ilə əlaqədar olduğunu bildiriblər. (axar)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az