"Qarşı tərəfin gücünü düzgün qiymətləndirməmək lazım deyil. Biz gördük ki, ötən illər ərzində Azərbaycan öz Silahlı Qüvvələrini yenidən təchiz etməyi bacarıb. O cümlədən ixtisaslaşma planı həyata keçirilib. Belə ki, onlar Türkiyədə, İsraildə və başqa ölkələrdə hazırlıq kursları keçiblər. Biz onların pilotsuz uçuş aparatlarının və artilleriyalarının üslub və keyfiyyətini gördük".
Teleqraf.com xəbər verir ki, bunu erməni mətbuatına açıqlamasında Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynamış, 1988-ci ildən 2000-ci ilədək Dağlıq Qarabağda müxtəlif hərbi vəzifələr tutmuş general-mayor, "Artsaxın qəhrəmanı" adına layiq görülmüş Vitali Balasanyan bildirib.
Azərbaycanın istifadə etdiyi silah növlərini şərh edən qondarma rejimin "parlamenti"nin deputatı deyib: "Keçmiş hərbçi kimi mən deyə bilərəm ki, bu gün keyfiyyət və kəmiyyət dəyişikliyi var".
Bununla belə, V.Balasanyan özünü tox tutmağa çalışıb. Belə ki, o, dəyişikliyə baxmayaraq məsələnin hərbi yolla həllinin mümkün olmadığını vurğulayıb.
Qeyd edək ki, V.Balasanyan Əsgəranda doğulub. 1998-ci ildə əvvəlcə Əsgəranda könüllü dəstələrdən birinə başçılıq edib. Hərbi karyerasını irəlilədib və 1999-2005-ci illərdə qondarma "DQR"in müdafiə nazirinin müavini olub. 2007-2010-cu illərdə qondarma rejimin "prezidenti"nin müşaviri işləyib. 2012-ci il "prezident seçki"sində 33 faiz səs toplayaraq Bako Saakyana məğlub olub. Azərbaycana qarşı çoxsaylı döyüşlərdə, o cümlədən Ağdam, Horadiz əməliyyatlarında iştirak edib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















