Ermənilər Moskvada Azərbaycana qarşı təxribat törətməyə cəhd ediblər.
Rusiyadakı erməni diasporunun çoxsaylı nümayəndələri bu gün paytaxtda keçirilən "Ölümsüz alay" yürüşü zamanı separatçı rejim olan qondarma "DQR"-in bayrağını qaldırmağa cəhd ediblər.
Moskva hökumətinin dəvəti ilə faşizm üzərində qələbənin 71-ci ildönümünə həsr olunan "Ölümsüz alay" yürüşünə dəvət olunan Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Ümumrusiya Azerbaycan Konqresinin (ÜAK) fəalları erməni diasporunun bu təxribatının qarşısını alıb. Onlar erməni diasporuna etiraz edərək onların yürüşdə qondarma "DQR" bayrağını qaldırmağa imkan verməyiblər.
AMOR və ÜAK üzvləri ilə erməni diasporu arasında yaşanan qarşıdurmaya Moskva polisi müdaxilə etməli olub. Polis erməni diasporuna separatçı rejimin simvolunu yürüş məkanından yığışdırmaq barədə xəbərdarlıq edib.
Beləliklə, erməni tərəfinin müqavimətinə baxmayaraq azərbaycanlı gənclər növbəti dəfə vətənpərvərlik və birlik göstərərək təxribatın qarşısını alıblar. (apa)
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















