Bu gün Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım mərasimi keçirilib.
APA-nın məlumatına görə, ziyarətdə Dağ Yəhudiləri İcması, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının üzvləri və milli qəhrəmanın yaxınları iştirak ediblər.
Mərasim iştirakçıları qəhrəmanın məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev A. Aqarunovun həyatı və döyüş yolu barədə danışaraq bildirib ki, qəhrəman hər zaman Azərbaycanı müstəqil və azad görmək istəyirdi. O əlavə edib ki, Azərbaycanın bugünkü uğuru, sülh şəraitində yaşayışı bir çox dövlətləri qıcıqlandırır: "Ona görə də biz bu sülhü daim qorumalıyıq. Yəhudi xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb və bundan sonra da mehriban şəraitdə yaşayacaq. Azərbaycanda heç vaxt milli və dini zəmində münaqişə olmayıb və ola da bilməz".
Sonra Milli Qəhrəmanın qardaşı Rantik Aqarunova Dədə Qorqud Milli Fondu və "Azərbaycan Dünyası" beynəlxalq jurnalı tərəfindən A. Aqarunova ölümündən sonra verilən Həzi Aslanov ordeni təqdim edilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































