Biz Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının tərəfdarıyıq, bu istiqamətdə işləyirik, ancaq hesab edirik ki, Ermənistan "DQR"-i tanıyan birinci ölkə olmamalıdır".
Bunu Qarabağdakı separatçı rejimin oyuncaq "prezident aparatı"nın rəhbəri David Babayan "Azatyunyn" radiosunun suallarını cavablandırarkən deyib.
Son günlər Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması ilə bağlı layihənin Ermənistan hökuməti tərəfindən müzakirəyə çıxarılacağı barədə xəbərin ardınca bu məsələ ermənilər arasında gərgin müzakirə mövzusuna çevrilib. D.Babayan iddia edib ki, Azərbaycan yenidən müharibəyə başladığı halda İrəvan Dağlıq Qarabağın müstəqilliyini ilk olaraq tanıya bilər.
Separatçı iddia edib ki, Ermənistan tanınma istiqamətində Xankəndi ilə birgə iş aparır və artıq nəticələr var. "Təkcə 2016-cı ildə ABŞ-ın iki ştatı Dağlıq Qarabağın müstəqilliyini tanıyıb. Mən hesab edirəm ki, aprel hadisələrindən sonra bu proses davam edəcək" - deyə D.Babayan özünə təskinlik verib.
Görünən budur ki, ermənilərin sonuncu silahı – Dağlıq Qarabağın müstəqilliyinin İrəvan tərəfindən tanınması hədəsi də fiaskoya uğrayıb. Ermənistan prezidenti Serj Sarksiyanın aprel döyüşlərindən sonra Bakını bununla hədələməsi heç bir işə yaramasa da, son günlər erməni deputatlar parlamentə tanınma ilə bağlı yeni layihə təqdim edəcəklərini açıqladılar.
Mayın 5-də isə layihənin Ermənistan hökumətinə təqdim olunacağı bildirildi. Lakin Ermənistan XİN-in ardınca Qarabağdakı separatçı rejimin nümayəndəsi də Ermənistana və Qarabağ ermənilərinə baha başa gələcək bu addımın atılmasına qarşı çıxış etməkdədirlər. (musavat)
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































