Ermənistanın Xüsusi İstintaq Xidməti adı "Panama sənədləri"nə düşən Məhkəmə Aktlarının İcrası Xidmətinin sabiq başçısı general-mayor Miqran Poqosyana cinayət işi qaldırıb. Novator.az xəbər verir ki, istintaq qanunsuz sahibkarlıq ittihamı üzrə aparılır. Təfərrüat açıqlanmır.
Miqran Poqosyan Məhkəmə Aktlarının İcrası Xidmətinin başçısı postundan aprelin 18-də istefa verib. O, adının "Panama sənədləri"də hallanmasına görə belə addım atdığını bəyan edib. General deyib ki, bir müddətdən sonra "Panama sənədləri" məsələsinə heç bir vəzifə tutmayan sıravi vətəndaş kimi qayıdacaq.
Bu il Panamanın "Mossack Fonseca" hüquq firmasından milyonlarla sənəd Britaniya mediasına sızıb. Britaniya mediası həmin sənədləri təhlil edərək "Panama sənədləri" adı altında geniş bir araşdırma materialı dərc edib. Sənədlər göstərir ki, "Mossack Fonseca" firması çirkli pulları yumaq, sanksiyalardan yan keçmək və vergidən yayınmaq istəyən xeyli müştəriyə xidmət edirmiş. Firmanın belə müştəriləri arasında ictimai-siyasi şəxslər, ö cümlədən 72 hazırkı və keçmiş dövlət başçısı da var.
Ermənistanın Hetq.am saytının iddiasına görə, Miqran Poqosyan Panamada qeydə alınmış üç firmanın səhmdarıdır.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















