Ermənistanda ordu, xalq və jurnalistlərlə polis orqanları arasında qarşıdurma davam edir. Ermənistan ordusunun cəbhədəki son uğursuzluqları fonunda polis ölkədaxili vəziyyətə, kütləvi etirazlara nəzarət etməkdə çətinlik çəkir. Mediainfo.az erməni informasiya agentliklərinə istinadən xəbər verir ki, cari ilin 22 aprel tarixində ermənilər İrəvanın mərkəzində, Baqramyan prospektində "Biz öz əsgərimizlə birlikdəyik" adlı kütləvi etiraz yürüşü keçiriblər. Polis bu yürüşü güc tətbiq edərək dağıdarkən 42 nəfər tutularaq polis idarələrinə aparılıb. Həmçinin 2 jurnalistin texnikası sındırılıb və 3 jurnalist ifadələri alınmaq üçün idarəyə aparılıblar.
24 aprel tarixində Ermənistan Polisinin rəhbəri Vladimir Qasparyan bu məsələyə aydınlıq gətirərkən jurnalist təşkilatlarının birinin qadın rəhbərini küçə söyüşləri ilə təhqir edib. 1in.am informasiya agentliyinin rəhbəri Siranuş Papayan ölkənin aparıcı jurnalist təşkilatlarının rəhbərləri ilə birlikdə Vladimir Qasparyan haqda baş prokurorluğa və hüquq müdafiə təşkilatlarına şikayət məktubu göndərib. "Sözün müdafiəsi komitəsi", "Jurnalistlər insan hüquqları üçün", "Çoxşaxəli informasiyalar institutu", "Yerevan press-klubu", "Media təşəbbüslər mərkəzi", "Gorus press-klubu", "Asparez" jurnalist təşkilatları ölkənin baş polisindən tələb ediblər ki, o, jurnalistlərə dəyən maddi və mənəvi ziyanı ödəməklə yanaşı rəsmi üzr istəsin. Onların iddiasına görə, 22 aprel hadisələri zamanı Armenia Today qəzetinin koordinatoru Arqişiti Kiviryan bir neçə jurnalistlə bərabər döyülərək polis idarəsinə aparılıb. 1in.am informasiya agentliyinin operatorları Narek Barseqyanın kamerası, Sevaq Soqomyanın isə telefonu sındırılıb. Hər ikisi polis idarəsinə aparılaraq döyülüb. Jurnalistlər insidenti əks etdirən 30 saniyəlik videonu da YouTube sosial şəbəkəsinə yerləşdiriblər. Kadrlarda açıq-aydın görünür ki, polislər jurnalistlərdən birini tutaraq güclə polis maşınına oturdurlar.
Jurnalistlərin etirazlarının fonunda bu gün Ermənistan polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aşot Aqaronyan məsələnin hüquqi həllini tapdığını bildirib. O, Facebook şəbəkəsindəki hesabında yazıb ki, hadisə yüksək səviyyədə araşdırılıb və insidentdə günahkar bilinən 3 polis haqda ölçü götürülüb. Ölkənin baş polis rəisi Vladimir Qasparyanın əmri ilə polislər intizam qaydalarını pozduqları üçün yazılı töhmət alıblar.
Ermənistanın jurnalist təşkilatlarının və geniş ictimaiyyətin bu gülünc addıma necə reaksiya verəcəkləri yaxın günlərdə bəlli olacaq.
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































