Ermənistan Müdafiə Nazirliyində yeni istefalar gözlənilir.
Bu barədə Ermənistanın "İrates" qəzeti yazıb. Qəzetin əldə etdiyi məlumata görə, nazirliyin bəzi şöbə müdirləri, o cümlədən yüksək rütbəli şəxslər postları ilə vidalaşacaq.
Vəzifəsindən azad ediləcək şəxslər arasında MN Hərbi sənaye şöbəsinin müdiri Murad İsaxanyanın da olacağı gözlənilir. İddialarda bildirilir ki, hazırda cəbhədə vəziyyət gərgin olduğu üçün Sərkisyan bu istefaları müəyyən müddətə ertələyib. "Ancaq vəziyyət stabilləşən kimi Müdafiə Nazirliyində təmizləmələr başlayacaq", - qəzetin mənbəsi bildirib.
Qeyd edək ki, az öncə politoloqlar Serj Sərkisyanın kürsüsünü qorumaq üçün bu addımı atdığını açıqlamışdılar. Belə ki, böyük korrupsiyanın mövcudluğu və şəxsi iradənin olmaması nəticəsində Ermənistanı dibsiz uçuruma yuvarladığını əsas gətirən hərbçilərin Sərkisyanı devirmək üçün planlar cizdığı iddia edilir. Rusiya xüsusi xidmət orqanlarından bu barədə siqnal alan Sərkisyanın isə Dördgünlük müharibədəki məğlubiyyəti bəhanə edərək, generalların hərbi çevriliş planını önləmək üçün onları bir-birinin ardınca istefaya göndərdiyi vurğulanır.
Ötən həftə Sərkisyan nazir müavini də daxil olmaqla, ordunun 3 generalını vəzifəsindən azad etmişdi. (axar)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































