Ermənistanda hərbi qulluqçuların müalicəsi və istirahəti üçün nəzərdə tutulmuş məbləğ ödənilmir.
apa-nın "armlur.am" saytına istinadən verdiyi məlumata görə, hazırda qüvvədə olan qaydaya əsasən hər bir hərbi qulluqçu 72 min dram (225 manat) məbləğində sosial yardım müavinətindən istifadə etməlidir. Ancaq hərbi qulluqçuların çoxu bu yardımı əldə edə bilmir. Məbləğ "Ardşinbank" və "VTB Bank" vasitəsilə ödənilməlidir. Lakin artıq 3-4 ildir ki, sosial paket məbləğləri çeklə ödənilir. Ödənişi həyata keçirən şirkətlərin sayı xeyli artıb. Maraqlıdır ki, həmin şirkətlərin səhmdarları arasında Müdafiə Nazirliyinin rəhbərliyi ilə əlaqələri olanlar da var.
Hərbi qulluqçuların bir neçəsi jurnalistlərə bildiriblər ki, onlar nəzərdə tutulmuş 72 min dramdan yalnız 40 min dramı (125 AZN) ala bilirlər, yerdə qalan məbləği isə həmin şirkətlər mənimsəyir. Bir neçə ay əvvəl isə vəziyyət daha da pis olub, çünki hərbi qulluqçular üçün ayrılan məbləğin böyük hissəsi xidmət göstərən təşkilatlara çatıb. Bir sözlə, hərbi qulluqçuların müalicə və istirahəti üçün nəzərdə tutulmuş məbləğ realda onlara çatmır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































