Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş ehtiyatda olan polkovnik-leytenant Sergey Uvarovu "Hərbi xidmətlərə görə" dövlət mükafatı ilə təltif edib.
apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən təltifetmə mərasimində çıxış edən nazir müavini K. Vəliyev S. Uvarovun Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi dövrlə əlaqədar bu mükafata layiq görüldüyünü bildirib: "Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalıb. Müharibə vaxtı Azərbaycanda xidmət keçənlərin bir çoxu öz döyüş yoldaşlarına qoşularaq Azərbaycan xalqı ilə birlikdə ölkəmizin müstəqilliyi və bütövlüyünu müdafiə etdilər. Göstərdiyi şücaətə və ölkənin silahlı qüvvələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Sergey Uvarov ali dövlət mükafatı olan "Hərbi xidmətlərə görə" mükafatı ilə təltif olunub".
S. Uvarov isə çıxışında ona verilən mükafata görə təşəkkürünü bildirib. Bu ali mükafata layiq görüldüyünə görə qürur hissi keçirdiyini söyləyən rusiyalı zabit döyüş yoldaşlarını və hərbi xidmət keçdiyi dövrü xatırlayıb: "Çox xoşbəxtəm ki, bu gün Azərbaycan və Rusiya arasında mehriban münasibətlər var. Azərbaycan ordusu bu gün 20 il bundan əvvəlkindən çox güclüdür. Azərbaycan ordusu bu yaxınlarda nəyə qadir olduğunu göstərdi".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















