Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində aldığı qəlpə yaralarından dünyasını dəyişən Çəmənli kənd sakini Hüseynov Əli Müseyib oğlu bu gün dəfn olunacaq.
apa-nın Qarabağ bürosunun xəbərinə görə, Axund Barat Bağırov Əli Hüseynovun meyitinin axşam saatlarında məscidə gətirildiyini deyib. Mərhum bu gün Çəmənli kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, aprelin 27-dən 28-nə keçən gecə ermənilərin Ağdamın Çəmənli kəndini yaşayış məntəqələrini atəşə tutması nəticəsində Çəmənli kənd sakini, 67 yaşlı Hüseynov Əli Müseyib oğlu da qəlpə yaraları alıb. Ağır vəziyyətdə Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən Əli Hüseynov dünən günorta saatlarında vəfat edib.
Qeyd edək ki, həmin gün ermənilərin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından ölüb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















