Vaqif Dərgahlı: "Hazırda təmas xəttində vəziyyət stabildir"

Vaqif Dərgahlı: "Hazırda təmas xəttində vəziyyət stabildir"

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, ermənilər birmənalı olaraq mülki əhalini hədəf alıb: "Ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib".

V. Dərgahlı qeyd edib ki, hazırda təmas xəttində vəziyyət stabildir, Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir. (apa)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az