Ermənistanın müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya gedib. Erməni mətbuatının Ermənistan Müdafiə Nazirliyinə istinadən yazdığına görə, məqsəd Rusiya paytaxtında keçiriləcək V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransına qatılmaqdır.
Məlumata görə, 27-28 apreldə baş tutacaq konfransda terrorizmlə mübarizə məsələləri müzakirə olunacaq. Doğrudur, konfransda Azərbaycan da daxil olmaqla, 82 ölkədən nümayəndə heyəti iştirak edəcək. Ancaq terrorçuluğu, separatçılığı və işğalı dəstəklən, faktiki onun tərəfi olan Ermənistanın bu tədbirdə iştirakı anormal təsir bağışlayır.
Erməni mətbuatının yaydığı məlumata görə, S.Ohanyan Rusiyada ikitərəfli görüşlər keçirməyi də planlaşdırır.
Qeyd edək ki, cəbhədəki ağır itkilərdən sonra S.Ohanyanın vəziyyəti kifayət qədər kritikləşib. Belə ki, bir gün əvvəl Ermənistan prezidenti Serj Sərkisyan ordu generallarının bir neçəsini, o cümlədən müdafiə nazirinin müavinlərini istefaya göndərdi. Ancaq Ermənistan parlamenti israrla S.Ohanyanın şəxsən gəlib baş verənlərə görə izahat verməsini tələb edirlər. Bu mənada ictimai təzyiqlər qarşısında qalan Ohanyanın da cəzalandırılacağı barədə ehtimallar güclənib. Tamamilə mümkündür ki, S.Ohanyan moskvalı həmkarı Sergey Şoyqudan özünü xilas üçün Qarabağ cəbhəsində kiçik də olsa, uğurlar əldə etmək üçün dəstək istəsin. (musavat)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































