Aprelin 24-də ABŞ-ın Florida ştatının Mayami şəhərində yaşayan Azərbaycan və Türkiyə icmaları Ermənistanın işğalçılıq siyasətinə qarşı etiraz aksiyası keçirib.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, Türkiyənin Mayamidəki Baş Konsulluğu qarşısında keçirilən aksiyada iştirakçılar əllərindəki plakatlarda "Xocalı uşaqlarını xatırla!", "1915-ci ildə ermənilər 550 000 türk öldürüb", "ABŞ Ali Məhkəməsi erməni iddialarını rədd edir", "Uşaqlarınıza nifrət yox, sülh və sevgi öyrədin!", "Erməni yalanına qarşı ayağa qalx!" kimi şüarlar səsləndiriblər.
Çıxış edənlər Ermənistanın işğalçılıq siyasətini pisləyib, ermənilərin tarixən türklərə qarşı törətdikləri cinayət aktları barədə məlumat veriblər. Onlar beynəlxalq birliyi Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirməyə çağırıblar.
Nümayişdə Florida ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə İmanova və icma nümayəndələri də iştirak edib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















