"Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır, ancaq atəşkəs rejiminin pozulmayacağına dair qarantiya lazımdır".
Avropa.info xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan belə deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri danışıqların başlamasınadək etibarı yüksəltməlidirlər.
"Hansı tərəfinin məsuliyyət daşıdığını müəyyən etmək üçün atəşkəs rejiminin pozulması hallarının istintaqı mexanizmi daxil olunmalıdır. Biz belə pozuntuların olmayacağına dair təminat istəyirik" – Sarkisyan "Bloomberg" agentliyinə belə deyib.
Onun sözlərinə görə, hansısa an danışıqlar onsuz da başlayacaq, ancaq indi vəziyyət tamam başqadır.
"Biz danışıqlar apararkən, hərbçilər hərbi əməliyyat apararaq münaqişəni həll etməyə cəhd edə bilərlər" – Sarkisyan belə deyib.
O qeyd edib ki, 5 apreldə Moskvada əldə olunan sözlü atəşkəs razılaşması qüvvəsini saxlayır.
"Əldə olunan atəşkəs kifayət etməz və daha böyük toqquşmalara gətirib çıxara bilər. Qoşun, artilleriya və tanklar geri çəkilməyib. Baş verənlər hər an təkrarlana bilər" – Sarkisyan belə deyib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































