Müdafiə Nazirliyi aprelin 25-nə keçən gecə təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan "Spike" raketinin "uğursuz tətbiqinə" dair düşmənin yaydığı məlumata münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlamasında deyib ki, "Spike" hədəfi 100 faiz dəqiqliklə vuran silahdır və ondan yayınmaq mümkün deyil.
"Görünür, ermənilər üçün bu silah çox təəccübləndirici olub, axı onlar heç vaxt belə dəqiq silah görməyiblər. "Spike" raketinin zərbəsindən tankın qülləsinin qopub kənara uçmasını onlar "qeyri-dəqiq zərbə" kimi qiymətləndirirlərsə, problem deyil. Ermənilər bizim yüksək dəqiqlikli silahlarımızı hələ bundan sonra izləyəcəklər və hər dəfə təəccüblənəcəklər", - Vaqif Dərgahlı bildirib.
Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 25-də düşmən Ağdərə istiqamətində tankları döyüş mövqeyinə çıxarıb və mövqelərimizə həmlə etməyə cəhd göstərib. Azərbaycan ordusu cavab atəşi ilə düşmənin bir tankını sıradan çıxarıb, bundan sonra ermənilər mövqelərinə geri çəkiliblər. (virtualaz.org)

Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































