MN gecə baş vermiş atışma ilə bağlı açıqlama verdi

MN gecə baş vermiş atışma ilə bağlı açıqlama verdi
"Ölən və yaralananlar yoxdur"

"Hazırda cəbhənin Tərtər istiqamətində vəziyyət stabildir və Azərbaycan silahlı bölmələri əməliyyat şəraitinə nəzarət edir."

Bu barədə apa-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, ermənilər ötən gecə Tərtər şəhərini minaatanlardan və iri çaplı silahlardan atəşə tutublar. Nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur.

V. Dərgahlı həmçinin qeyd edib ki, Azərbaycan silahlı bölmələri düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə cavab zərbələri endirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az