26 aprel gecəsi Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindən mövqelərimizi atəşə tutmasına silahlı qüvvələrimizin cavabı nəticəsində düşmən itki verib. Bunu Dağlıq Qarabağdakı separatçı rejim də təsdiqləyib.
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, atışma zamanı 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və1972-ci il təvəllüdlü Aram Aruşanyan məhv edilib.
Dağlıq Qarabağdakı xunta rejiminin "müdafiə nazirliyi" öldürülən hərbçilərin ailəsinə başsağlığı verib. Separatçı qurum öz açlıqlamasında iddia edib ki, Azərbaycan Ağdərə və Madaqis yaşayış məntəqələrini də atəşə tutub. Ancaq Azərbaycan Müdafiə Nazirliyi artıq düşmənin iddialarını rədd edərək onun gecə yarısından başlayaraq yaşayış məntəqələrimizi ağır silahlardan və mərmilərdən atəşə tutduğunu, baş verənlərə görə Ermənistanın məsuliyyət daşıdığını bəyan edib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















