Ermənilər Tərtəri atəşə tutub

Ermənilər Tərtəri atəşə tutub

Ermənistan ordusu ötən gecə saat 01:00 radələrindən başlayaraq qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ağır artilleriyadan atəşə tutub.

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşindən sonra erməni birləşmələri bu dəfə Tərtərin yaşayış məntəqələrini hədəf alıb. Yaşayış məntəqələri ağır artilleriya ilə yanaşı, tanklar və "Qrad" qurğusundan atəşə tutulub. Gərginlik səhər saat 05:00 radələrinədək davam edib. Tərtər rayon İcra Hakimiyyətindən bildiriblər ki, 6 yaşayış məntəqəsində 17 fərdi ev və həyətə mərmi düşüb. Mülki əhalidən xəsarət alan olmayıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az