"Ermənilərin Azərbaycan hərbçilərinin meyitlərinə qarşı qəddarcasına rəftarı ilə bağlı faktlar aşkarlanıb".
Bu barədə Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinin Vyanada keçirilmiş ATƏT-in Daimi Şurasının 1096-cı iclasında oxunmuş bəyanatında bildirib.
"9 aprel 2016-cı il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi həlak olmuş Azərbaycan hərbçilərinin meyitlərinin Ermənistan tərəfindən alınmasına yardım edib. Azərbaycan Respublikası Hərbi Prokurorluğu və məhkəmə-tibbi ekspertizası cəsədlər üzrərində küt alətlərlə zərbə sonrası travmalar, kəllə sümüyünün xəsarət alması, sümük qırılmaları və başqa bu kimi çoxsaylı qəddarcasına rəftar faktları aşkarlayıb", - bəyanatda deyilib.
Bəyanatda o da qeyd olunub ki, bu faktlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq araşdırması başlanılıb.
Bəyanatda vurğulanır ki, genişmiqyaslı hərbi əməliyyatların başlamasına gətirib çıxaran təxribata görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür. "Ermənistanın təxribatı ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan sülh prosesinin pozulmasına yönəlmişdi", - bəyanatda bildirilib. ("Report")
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















