Aprelin 14-dən 15-ə keçən gecə Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində təmas xəttində düşmənə Azərbaycan Ordusu tərəfindən açılan cavab zərbəsi ilə qarşı tərəf iki hərbçisini itirib.
APA TV-nin erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Ermənistan Ordusunun müddətdən artıq hərbi xidmət keçən, 1970-ci il təvəllüdlü hərbçisi Hamlet Xocayan Talış kəndi istiqamətində öldürülüb.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin Xocavənd istiqamətində təxribatının qarşısı alınarkən isə daha bir erməni əsgəri, doğum tarixi açıqlanmayan Armen Qriqoryan məhv edilib.
Xatırladaq ki, dünən düşmənin cəbhə xəttində törətməyə cəhd etdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun içik çavuşu Rüstəm Oruc oğlu Əhmədov şəhid olub. Müdafiə Nazirliyi qarşı tərəfə cavabın sarsıdıcı olacağını bildirmişdi.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















