Ermənistanın son döyüşlərdə verdiyi itkiləri gizlətdiyi rəqəmlərlə təsdiq olunur

Ermənistanın son döyüşlərdə verdiyi itkiləri gizlətdiyi rəqəmlərlə təsdiq olunur
Aralarında İrana qaçanlar, gizlincə basdırılan meyitlər də var

Aprelin 2-dən 5-dək Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən döyüş toqquşmalarında erməni tərəfi açıqladığından daha çox itki verib.

apa-nın erməni mətbuatı və sosial şəbəkələrdə apardığı monitorinqlərdən aydın olur ki, itkilər və yaralılar açıqlanan rəqəmlərdən qat-qat çoxdur.

Erməni tərəfi indiyədək 100-dək ölü itkisi verdiyini açıqlasa da, real ölü sayı 322, yaralı sayı 500-dən, itkin isə 50-dən çoxdur.

Ermənistan rəhbərliyi döyüşdə məhv edilmiş hərbçilərinin dəqiq sayını gizlətmək üçün onların bir qismini "itkin düşmüş" elan edib, onların bir hissəsi basdırılıb, digər hissəsi isə qeyri-döyüş itkisi kimi və "aprelin 5-dən sonra atışmalarda ölənlər" kimi təqdim olunur.

Bu rəqəmləri əks etdirən məlumatlar Ermənistan mətbuatında verilsə də, sonradan məlumatlar silinib və yayımı qadağan edilib.

Bəzi məlumatlara görə, döyüş vaxtı bəzi erməni hərbçilər fərarilik edərək İrana qaçıb. Onların da adı "itkin düşənlər"in siyahısına daxil edilib.

"İtkin" kimi təqdim olunanların bəzilərinin gizli basdırıldığı, qalanların morqda olduğu və hissə-hissə çıxarılaraq ailələrinə verilərək, bu barədə ictimaiyyətə məlumat açıqlandığı bildirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az