Azərbaycan Ordusunun ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, kiçik çavuş, 1983-cü il təvəllüdlü Əhmədov Rüstəm Oruc oğlu doğulduğu Mingəçevir şəhərində dəfn edilib.
Şəhid Rüstəm Əhmədov Mingəçevirdəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə mingəçevirli iştirak edib. Dəfn mərasimində "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları səsləndirilib, şəhid yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atası Oruc Əhmədova təqdim edilib.
Şəhidin atası oğlu ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Qeyd edək ki, Rüstəm Əhmədov aprelin 14-də cəbhənin Tərtər-Ağdərə istiqamətində şəhid olub.
Allah rəhmət eləsin!
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















