"Yunanıstan Respublikasının səfirliyi dünyanın istənilən yerində parlament üzvlərinin institusional baxımdan sərbəst hərəkət etmək üstünlüyünə malik olduqlarını və hər hansı bir təlimata tabe olmadıqlarını bildirir".
Bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyinin mətbuata açıqlamasında bildirilir.
Açıqlamada deyilir ki, Yunanıstan parlamentinin bir üzvünün Dağlıq Qarabağa səfəri heç bir halda Yunanıstan hökümətinin münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəf olan və dəyişməyən rəsmi mövqeyini əks etdirmir: "Yunanıstan ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyəyə çatıb və hər iki tərəfdən belə hərəkətlərlə təhlükə altına salına bilməz".
Qeyd edək ki, Yunanıstan parlamentinin üzvü Qarifalia Kanelli və Latviya parlamentinin üzvü Serqeys Potapkins Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək qondarma rejimin başçısı Bako Saakyanla görüşüblər.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















