Ukrayna Qafqaz Xalqları Konqresinin İdarə Heyətinin sədri Paşa (İlisuyski) Məmmədov Qarabağda yerləşən erməni əsgərlərə səslənib.
O, erməni əsgər və zabitlərinə təslim olmağı təklifi edib. Hər təslim olan əsgərə 10 000, zabitə isə 15 000 dollar pul mükafatı təsis etdiyini deyən Paşa Məmmədov ermənilərə səslənib və "O torpaqlar sizin deyil, heç sizin atalarınızın belə deyil, özgə torpağına təcavüz edərək ölməyə dəyərmi?" - soruşub.
Paşa Məmmədov Azərbaycana təslim olanlara Azərbaycan hökuməti tərəfindəndə təhlükəsizlik də vəd edib. Bundan başqa, P.Məmmədov təslim olanın özü ilə gətirdiyi silaha görə və verə biləcəyi məlumatın qiymətliliyinə görə də xüsusi pul mükafatı təsis etdiyini açıqlayıb.
Bütün bunlardan başqa, erməni əsgərlərinə müraciət edən Paşa Məmmədov onlara əgər təslim olan zaman erməni ordusunun silahlarını yararsız hala gətirdiyi və bu haqda əllində təkzibolumaz video, foto, sənəd olduğu təqdirdə, o əsgərə yüksək məbləğdə ödül söz verib.
Paşa Məmmədov müraciətində deyib: "Əsgər və zabitlər, özünüz seçin, ya sizin olmayan torpaqlarda şərəfsiz ölüm, ya da bu ödülü alaraq qayğısız həyat!" (Avrasiya.net)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































