Kürdəmir daha bir şəhidini torpağa verdi...

Kürdəmir daha bir şəhidini torpağa verdi...

Aprelin 2-də cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan Qurbanov Tural Gurşad oğlu bu gün doğulduğu Kürdəmir şəhərinin Sığırlı kəndində dəfn olunub. Dəfn mərasimində rayon rəhbərliyi və şəhidin hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Bu barədə müsavat.com-a hüquq müdafiəçisi Lətafət Məlikova məlumat verib: "Tural kasıb ailədə doğulmuşdu. 6 il idi ki, vətənə xidmət edirdi. Kəşfiyyatçı idi. Aprelin 2-də gedən döyüşlərdə şəhid oldu. Ondan bizə 1 və 3 yaşında iki qız balası yadigar qaldı".

Allah rəhmət eləsin!










Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az