Ürək parçalayan şəkildir. Həyəcansız baxmaq olmur. Bu yaşda oğlu olanlar özünü o şəhidin yerində hiss edir, bu balaca oğlanı öz oğlu sanır.
O bir şəhid oğludur. Atasının adı Təbriz olub. Bu adı da ona elə-belə verməyiblər, müqəddəs Təbrizimizin, gözəl şəhərimizin adından götürüb onun şərəfinə belə adlandırıblar şəhid pilotumuzu.
Bu uşağın adı Onurdur. Onur şərəf deməkdir. Bu şərəfli adı ona şərəfli atası verib, istəyib ki, oğlu da özü kimi şərəfli olsun.
Onurun bir böyük qardaşı da adı Tayfundur.
Oğul övladlarına belə adlar qoyan pilotun necə bir vətənpərvər və şücaətli olması elə bu adlardan bəllidir.
Bu şəkildə Onur şəhid atasına əsgər salamı verir. Onun çəpəki halda atasına baxan gözlərində qürur da var, kədər də.

(Foto: "Qafqazinfo")
Əlbəttə, onlar şərəflə böyüyəcəklər. Dövlət öz şərəfiylə bu şəhid balalarına sıxıntı çəkdirməyəcək. Çəkdirməməlidir.
Onlar yaxşı təhsil alacaqlar, hər yerdə qəhrəman pilotun balaları kimi seçiləcəklər.
Bir pis iş o olacaq ki, hər dəfə təyyarə səsi gələndə bu uşaqlar istər-istəməz səmaya baxacaqlar, ataları dönüb gələr deyə.
Mediainfo.az
Şəhid Təbriz Musazadə isə unudulmayacaq. O və digər igid şəhidlərimiz aprein 1-nə qədər bir evin oğluydularsa, indi bir elin, vətənin oğludurlar.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















