BMT-nin Nyu Yorkdakı mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, Nyu York Assosiasiyasının təşkilatçılığı ilə keçirilən aksiya son günlər Ermənistan ordusunun cəbhə xəttində törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədilə təşkil edilib.
Xeyli sayda azərbaycanlı və türkiyəlinin iştirak etdiyi mitinqdə "Qarabağ bizimdir, bizim olacaq!", "Qarabağa ədalət!", "Vətən, biz səninləyik!", "Ermənistan işğalçıdır!" şüarlarını səsləndirilib. Aksiyada çıxış edənlər 1-5 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, işğalçı Ermənistandan təcavüzkarlıq siyasətindən əl çəkməyi tələb ediblər.
Etiraz aksiyasına erməni diasporunun nümayəndələri tərəfindən müdaxiləyə cəhd edilsə də, bu, nəticəsiz qalıb və mitinq dinc şəraitdə başa çatıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































