Meteohəssas insanlar üçün yanvar ayının təqvimi - Diqqətli olun!
3 Yanvar 2025 12:19
PKK-nın Ermənistana yardım adı altında Dağlıq Qarabağa göndərdiyi 400 terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Türkiyənin "Yeni Şəfəq" qəzeti bir neçə gün öncə Qarabağda 3 PKK terrorçusunun öldürüldüyü barədə məlumat yayıb.
Digər bir məlumatda isə PKK terrorçularına ASALA-nın lideri Vazgen Sisliyan rəhbərlik etdiyi bildirilir.
Qeyd edək ki, PKK aprelin ilk günlərində Dağlıq Qarabağdakı işğalçı Ermənistan ordusuna qüvvə göndərib.
ASALA terror təşkilatının lideri Sisliyan da aprelin 6-da Ermənistan ordusuna dəstək vermək üçün işğal altındakı Dağlıq Qarabağa gəlib. Onun adı Parisdəki Türkiyə səfirliyinə hücumda hallanır. (axar)
Mediainfo.az