Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Odin v odin" proqramında Azərbaycan muğamı erməni musiqisi kimi təqdim olunub.
Anspress.com xəbər verir ki, şouda münsiflər heyətində əyləşən və əslən Bakıdan olan müğənni Larisa Dolina iştirakçılardan biri Aleksey Çumakovun ifasına münasibət bildirərəkən muğamın ən yaxşı ifaçılarının ermənilər olduğunu iddia edib.
"Muğam ifa etmək inanılmaz dərəcədə çətindir. Çox nadir insanlar bunu bacarır. Çoxları öyrənir, amma yenə də onlarda alınmır. Bu, səndə necə alınır?.. Məsələ tembrdə deyil, ifadadır. Yalnız ermənilər bacarır. Azərbaycanlılar da muğamı çox yaxşı oxuyur", – deyə Larisa Dolina bildirib.
Həmin məqam videonun 1:00:01 dəqiqəsindən 1:06:15 -ə qədər olan hissəsində yer alıb.

Məsələyə münasibət bildirən Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov qeyd edib ki, hər hansı şəxsin muğam haqqında subyektiv fikirləri düzgün sayıla bilməz .
"Muğam 2006-cı ildə Azərbaycan muğamı adı altında YUNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Muğamla bağlı keçirilən bütün beynəlxalq konfranslarda alimlərin araşdırmalarınin nəticələri göstərir ki, muğam Azərbaycana məxsus musiqidir. Muğamın erməni xalqına hec bir aidiyyəti yoxdur. Ola bilər ki, zamanında Azərbaycan ərazisində yaşayan ermənilər muğamın incəliklərini muğam ifaçılarımızdan öyrənib, ifa ediblər. Amma bu o demək deyil ki, muğam ermənilərə məxsusdur",- deyə qurum rəsmisi əlavə edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































