İrəvan Rusiyanın Azərbaycana silah tədarükünün davam etdirməsi qərarını düzgün hesab etmir.
Bunu Ermənistanın baş naziri Ovik Abramyan deyib.
"Əlbəttə, satmasaydılar yaxşı olardı. Lakin bu, onların işidir, onlar buna qərar verirlər. Biz strateji tərəfdaş kimi silahın azərbaycanlılara satılmamasına çağırmışıq və çağırırıq", - deyə O.Abraamyan jurnalistlərə bildirib.
"Biz həqiqətən buna çağırmışıq və bunu yaxşı bir şey hesab etmirik. Əlbəttə, bu bizim strateji tərəfdaşımızdır, onlar da heç vaxt bunu inkar etməyiblər, lakin yenə təkrar edirəm, bizim xalq Rusiyanın Azərbaycana silah satmasından, həqiqtən böyük dərd çəkir. Bu yaxşı deyil. Biz çağırış etdik, strateji müttəfiqin Azərbaycana silah satmasını düzgün hesab etmədiyimizi dedik", - deyə erməni baş nazir bildirib. ("Report")
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



































.jpg)













